Cəmiyyət
Binəqədinin Cantəpə massivinin yolları əhalinin canını boğaza yığıb - VİDEO
Bakı şəhərinin Binəqədi şosesi üzərində yerləşən Cantəpə yaşayış massivinin sakinləri yolların uzun müddətdir yararsız vəziyyətdə olmasından şikayətçidirlər. Onların sözlərinə görə, yollardakı çoxsaylı çuxurlar avtomobillərin hərəkətini çətinləşdirir, nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına səbəb olur.
Bundan əlavə, yay aylarında avtomobillərin yaratdığı toz evlərə və həyətlərə dolur, yağışlı günlərdə isə çuxurlar su ilə dolduğundan ərazidə həm maşınla, həm də piyada hərəkət etmək mümkünsüzləşir. Sakinlər Baku TV-yə bildirirlər ki, xəttə yeni avtobuslar buraxılsa da, yolun bərbad vəziyyətdə olması həmin ictimai nəqliyyat vasitələrinin də qısa müddətdə sıradan çıxması riskini artırır. Avtobus sürücüləri də bu yolda hərəkət edərkən ciddi çətinliklə üzləşdiklərini deyirlər.

Mənbə
oxu.az