Kriminal
Salyanda ağır qəza: ölənlərin sayı 3-ə çatdı
19:18
Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Axar.az xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
***
Salyan rayonunda baş verən yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.
Xəstəxanaya yerləşdirilən yaralılardan biri həkimlərin səyinə baxmayaraq həyatını itirib.
Mənbə
axar.az