Cəmiyyət

Böyükşor bulvarında təhlükə var? - VİDEO

20 Jul 2026, 18:04 24 baxış
Böyükşor bulvarında təhlükə var? - VİDEO
Böyükşor bulvarında sahil boyunca naməlum köpük qatı müşahidə olunur. Mövcud vəziyyətdən narahat olan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət ediblər. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, bu vəziyyət son günlər yaranıb. Köpükdən xoşagəlməz və qəribə qoxunun gəldiyi də vurğulanır.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, vəziyyət müvafiq şöbə tərəfindən araşdırılacaq və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd edək ki, əvvəlki illərdə də Böyükşor bulvarında oxşar köpüklənmə halları müşahidə olunub. Hazırkı vəziyyətin hansı səbəbdən yarandığı isə aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər