Dünya
Kreml: "Vladimir Putin Müctəba Xamenei ilə danışıqlara açıqdır"
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin İranın yeni ali lideri Müctəba Xamenei ilə təmaslara açıqdır". Oxu.Az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində bildirib. Bununla yanaşı, Kremlin rəsmi nümayəndəsi vurğulayıb ki, hələlik bu məsələ ilə bağlı İran tərəfi ilə hər hansı konkret razılaşma yoxdur. Qeyd edək ki, iyulun 18-də İran daxilindəki mənbələrdən agentliyə daxil olan məlumata görə, Xameneinin ilk xarici təması Vladimir Putinlə telefon zəngi və ya üz-üzə görüş formatında baş tuta bilər. Həmçinin, ali liderin Amerika Birləşmiş Ştatları və İsraillə hərbi münaqişə davam etdiyi müddətdə ictimaiyyət qarşısına çıxmayacağı bildirilir.
Mənbə
oxu.az