Dünya

Serj Sarqsyanın tarixi abidəni satdığı bəlli oldu: Cinayət işi açıldı

20 Jul 2026, 16:36 21 baxış
Serj Sarqsyanın tarixi abidəni satdığı bəlli oldu: Cinayət işi açıldı
Ermənistanın Gümrü şəhərində yerləşən Qara qalanın ölkənin sabiq prezidenti Serj Sarqsyan tərəfindən özgəninkiləşdirilməsi faktı ilə bağlı başlanmış cinayət icraatı üzrə ibtidai istintaq başa çatıb. Oxu.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Ermənistan İstintaq Komitəsində cinayət işi üzrə aparılan araşdırma zamanı məlum olub ki, sabiq prezident Serj Sarqsyan ölkənin müdafiə naziri vəzifəsində çalışarkən - 2005-ci ilin mayın 11-də birbaşa satış yolu ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında respublika əhəmiyyətli tarixi və mədəniyyət abidəsi olan 626.45 kvadratmetr sahəyə malik Qara qalanı, həmçinin onun istifadəsi üçün nəzərdə tutulmuş 0.7 hektar torpaq sahəsini fiziki şəxsə 22 milyon 951 min 500 dram (təxminən 107min manat) müqabilində satıb. Qeyd olunan hərəkətlər nəticəsində dövlətin qanuni maraqlarına ciddi ziyan dəyib və bu, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. İbtidai istintaq müddətində prokurorun qərarı ilə Serj Sarqsyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi ilə kütləvi cinayət təqibi başlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər