Cəmiyyət

Biləcəridə yararsız yollar sakinləri NARAZI SALDI: İcra Hakimiyyəti açıqlama verdi - VİDEO

20 Jul 2026, 16:48 20 baxış
Biləcəridə yararsız yollar sakinləri NARAZI SALDI: İcra Hakimiyyəti açıqlama verdi - VİDEO
Binəqədi rayonunun Biləcəri qəsəbəsində yolların yararsız vəziyyətə düşməsi sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Bildirilib ki, qəsəbənin Məmmədoğlu küçəsində asfalt örtüyü tamamilə sıradan çıxıb. Küçədə yaranan çox sayda çala-çökək həm nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, həm də avtomobillərə maddi ziyan vurur. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Binəqədi Rayon İcra Hakimiyyətindən fakt təsdiqlənib. Qurumdan bildirilib ki, sözügedən ünvanda asfalt örtüyünün yenilənməsi və səkinin inşası nəzərdə tutulub. Qeyd edilib ki, müvafiq işlər mərhələli şəkildə həyata keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər