Kriminal

Ağdaşda QIZDIRMADAN ÖLƏN 46 yaşlı qadınla bağlı rəsmi AÇIQLAMA

20 Jul 2026, 15:30 30 baxış
Ağdaşda QIZDIRMADAN ÖLƏN 46 yaşlı qadınla bağlı rəsmi AÇIQLAMA
"Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1980-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş qızdırma, dəqiqləşdirilməmiş komatoz vəziyyəti diaqnozları təyin olunub". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, ona zəruri tibbi xidmətlər göstərilib: "Lakin o, tibbi müdaxilələrə cavab verməyib və saat 19:30-da şəxsin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib".
Mənbə oxu.az

Oxşar Xəbərlər