5 ayda idxal 45 faiz azaldı – Nə baş verir?
2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri neft-qaz idxalı real ifadədə 45.4 faiz azalıb. Bu müddətdə qeyri neft-qaz ixracatında 3.7 dəfə artım qeydə alınıb. İdxalın azalması və ixracatın artması valyutanın hərəkəti baxımdan müsbət məqamdır. Çünki idxalın azalması valyutanın ölkədə qalmasına, ixracatın artması isə ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
“Bəs, qeyri neft-qaz idxalındakı kəskin azalma nə ilə bağlıdır?
Rəsmi statistikaya əsasən, qeyri neft-qaz idxalında faiz etibarı ilə daha çox azalma minik avtomobillərində qeydə alınıb. Bu ilin ilk 5 ayında Azərbaycana 430.2 milyon dollar məbləğində 23411 avtomobil idxal edilib. Bu, real ifadədə 40 faiz azalma deməkdir. Dərman vasitələrinin idxalına həmin müddətdə cəmi 192.6 milyon dollar xərclənib. Bu məhsulların idxalı 34 faiz azalıb. Məişət kondisionerlərinin idxalında 20 faiz azalma qeydə alınıb. 130 milyon dollarlıq idxalı olan polad prokatında isə 10 faiz azalma müşahidə edilib.
Həmin dövrdə qeyri-neft-qaz idxalındakı azlama çay, kartof, ayaqqabı, şokolad və bir sıra digər sənaye və qida məhsulları üzrə də qeydə alınıb”, - o bildirib.