Dünya

İspaniya millisinin qələbə şənliyində faciə: Ölən və yaralananlar var - FOTO

20 Jul 2026, 13:24 3 baxış
İspaniya millisinin qələbə şənliyində faciə: Ölən və yaralananlar var - FOTO
İspaniya millisinin futbol üzrə dünya çempionatının (DÇ-2026) finalındakı qələbəsini qeyd edən zaman yeniyetmə həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə "El País" nəşri məlumat yayıb. Məlumata görə, Sudad-Rodriqo yaşayış məntəqəsində azarkeşlər qələbəni qeyd etmək üçün fəvvarənin içinə giriblər və bu zaman qurğunun bir hissəsi çöküb. Polis əməkdaşları yeniyetməyə kömək etməyə çalışsalar da, o, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Daha iki nəfərin isə yaralandığı bildirilir. Qeyd edək ki, final matçında İspaniya millisi 1:0 hesabı ilə Argentina üzərində qələbə qazanıb.
{{gallery}}
İspaniya millisinin qələbə şənliyində faciə: Ölən və yaralananlar var - FOTO İspaniya millisinin qələbə şənliyində faciə: Ölən və yaralananlar var - FOTO İspaniya millisinin qələbə şənliyində faciə: Ölən və yaralananlar var - FOTO İspaniya millisinin qələbə şənliyində faciə: Ölən və yaralananlar var - FOTO İspaniya millisinin qələbə şənliyində faciə: Ölən və yaralananlar var - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər