Dünya

Konqoda Ebolaya yoluxanların sayı durmadan artır

20 Jul 2026, 13:40 3 baxış
Konqoda Ebolaya yoluxanların sayı durmadan artır
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna laboratoriya təsdiqi ilə yoluxma hallarının sayı sutka ərzində 77 nəfər artaraq 2 344-ə çatıb. Oxu.Az-ın məlumatına görə, bu barədə Rabitə və KİV İşləri Nazirliyinin gündəlik bülletendə məlumat açıqlanıb. Bildirilir ki, Eboladan ölənlərin sayı 930 nəfərdir. Təkcə ötən sutka ərzində 37 nəfər həyatını itirib. Ölüm göstəricisi 39.7%-dir. Hazırda tibb müəssisələrində və təcridxanalarda 724 xəstə müalicə alır. Virus daşıyıcıları ilə əlaqədə olan şəxslərin nəzarətdə saxlanılma və izlənilmə dərəcəsi isə 85.8%-dir. Qeyd edək ki, Ebola infeksiyası may ayının 15-də KDR-nin şərq bölgələrində və Uqandada yayılmağa başlayıb. Xəstəlik artıq Konqonun beş vilayətində tüğyan edir, infeksiyanın əsas ocağı İturi əyaləti hesab olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər