Kriminal
Polis Qubada əməliyyat keçirdi, narkotacir yaxalandı - VİDEO
Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər. Oxu.Az-ın məlumatına görə, görülən tədbirlərlə əvvəllər məhkum olunmuş 52 yaşlı Şəmşir Əmiraslanov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 7 kiloqram marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ş.Əmiraslanovun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mənbə
oxu.az