Cəmiyyət
Biləcəridə hoteldə kişi meyiti tapıldı
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən hotellərin birində 46 yaşlı kişi meyiti tapılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Biləcəri qəsəbəsində yerləşən hoteldə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü İ.İbrahimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı otaqda tapılıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mənbə
oxu.az