Cəmiyyət

Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları...

20 Jul 2026, 12:45 24 baxış
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları...

Azərbaycan Jurnalistlər Birliyi (AJB) milli jurnalistikanın inkişafında xidmətləri olan bir qrup media nümayəndəsini Həsən bəy Zərdabi adına mükafat ilə təltif edib.


AJB-dən Axar.az-a verilən məlumata görə, mükafatın laureatları peşəkar jurnalistika sahəsində qazandıqları uğurlar, milli-mənəvi dəyərlərin təbliği, araşdırma jurnalistikasının inkişafı, regional medianın gücləndirilməsi, ictimai kommunikasiyanın inkişafına verdikləri töhfələr və mediada səmərəli fəaliyyətləri nəzərə alınmaqla müəyyənləşdirilib.


2026-cı il üzrə Həsən bəy Zərdabi Mükafatının laureatları


Alqış Həsənoğlu – peşəkar jurnalistika prinsiplərinin qorunmasına və uzunillik redaktorluq fəaliyyətinə görə;


Anar Niftəliyev – peşəkar, operativ və müstəqil xəbər jurnalistikasının inkişafına verdiyi töhfələrə görə;


Anar Tağıyev – vətənpərvərlik və azərbaycançılıq ideyalarının təbliğinə verdiyi töhfələrə görə;


Elçin Zahiroğlu – səhiyyə və sosial mövzularda hazırladığı araşdırma yazılarına, eləcə də uğurlu media rəhbərliyi fəaliyyətinə görə;


Əkbər Qoşalı – Türk dünyasının milli-mənəvi dəyərlərinin və Turan düşüncəsinin təbliğinə verdiyi töhfələrə görə;


Günel Habilqızı – “GünEllə səyahət” və “Orda bir kənd var” layihələri vasitəsilə kənd həyatının özünəməxsus dəyərlərinin və milli-mədəni irsin tanıdılmasına verdiyi töhfələrə görə;


Hüseynbala Səlimov – analitik jurnalistika və siyasi publisistika sahəsində uzunillik səmərəli fəaliyyətinə görə;


Xanım Xatun – regional televiziya jurnalistikasına və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrə görə;


İlham Tumas – araşdırma jurnalistikası və müəllif televiziya layihələrinin inkişafına verdiyi töhfələrə görə;


İqbal Məmmədəliyev – regional televiziya jurnalistikası, televiziya istehsalı və sənədli film sahəsindəki fəaliyyətinə görə;


Murat Akkoç – Qarabağ həqiqətlərinin və Azərbaycanın milli maraqlarının beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyətinə görə;


Mübariz Yunus – “Füyuzat” dərgisinin inkişafına və maarifçi publisistikanın zənginləşdirilməsinə verdiyi töhfələrə görə;


Nicat Abdullayev – media ilə açıq və şəffaf münasibətlərin qurulmasına, eləcə də ictimaiyyətlə əlaqələr sahəsində innovativ fəaliyyətinə görə;


Oqtay Hacımusalı – analitik publisistikanın və Türk dünyası mediası arasında işbirliyinin inkişafına verdiyi töhfələrə görə;


Zərnişan Turan – “Turan” proqramları vasitəsilə Türk dünyasının ortaq irsinin təbliğinə görə.


Həsən bəy Zərdabi adına mükafatın təqdimetmə mərasimi 22 iyul – Milli Mətbuat Günü keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər