Dünya
"Brent" markalı neftin qiyməti 90 dolları keçdi
Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft bahalaşır. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:17-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2.09 dollar (2.37%) artaraq bir barel üçün 90.19 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 3.87 dollar (4.59%) artaraq bir barel üçün 88.1 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 1.76 dollar (2.13%) artaraq bir barel üçün 84.25 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 3.54 dollar (4.48%) artaraq bir barel üçün 82.49 dollara satılmışdı.
Mənbə
oxu.az