Digər
Güc amili: Azərbaycanın "dəmir yumruq"dan sonrakı müdafiə strategiyası - VİDEO
Baku TV-nin "Hərbi xronika"nın budəfəki buraxılışında Qarabağ müharibəsindən sonra Azərbaycanın müdafiə qabiliyyətini niyə daha da gücləndirdiyi, ölkənin qarşılaşdığı yeni hərbi və geosiyasi risklər təhlil olunub.
Bildirilib ki, Birinci Qarabağ müharibəsindən sonra imzalanan atəşkəs münaqişəni həll etmədi. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərpası isə işğala və separatizmə son qoydu. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın qələbədən sonra da təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsini bir nömrəli prioritet hesab etdiyini göstərir. Son 30 ilin təcrübəsi sübut edib ki, beynəlxalq vədlər ordunu əvəz etmir və dövlət öz təhlükəsizliyini təmin etmək üçün real gücə malik olmalıdır. Hazırda Azərbaycan şimalda Rusiya-Ukrayna müharibəsi, cənubda isə ABŞ-İran qarşıdurması fonunda formalaşan iki böyük hərbi gərginlik zonasının arasında yerləşir. Müasir müharibələr raket və pilotsuz uçuş aparatları, hava məkanının bağlanması, enerji və nəqliyyat infrastrukturuna təhlükə, humanitar böhran kimi risklər yaradır. Müasir ordunun döyüş qabiliyyəti yalnız silahların sayı ilə deyil, sursat və ehtiyat hissələrinin davamlı təchizatı, yeni texnologiyalara çıxış və alternativ tədarük mənbələri ilə də ölçülür. Vurğulanıb ki, 2020-ci ilə qədər əsas məqsəd işğala son qoymaq idisə, bu gün əsas vəzifə əldə edilmiş nəticələri qorumaq və ölkənin yeni müharibələrə cəlb edilməsinin qarşısını almaqdır. Qarabağ müharibəsi başa çatsa da, Azərbaycanın yerləşdiyi coğrafiyada təhlükəsizlik öz-özünə təmin olunmur.

Mənbə
oxu.az