Kriminal

Kürdəmirdə türkiyəlinin idarə etdiyi TIR aşdı

19 Jul 2026, 19:33 23 baxış
Kürdəmirdə türkiyəlinin idarə etdiyi TIR aşdı

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.


Axar.az xəbər verir ki, Türkiyə Respublikası vətəndaşı İsmet Katalın idarə etdiyi yük avtomobili Qazax istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb


Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər