Kriminal

Naxçıvanda ağır qəza: yeniyetmə öldü

19 Jul 2026, 19:55 20 baxış
Naxçıvanda ağır qəza: yeniyetmə öldü

Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, qəza Naxçıvan–Sədərək magistral avtomobil yolunun 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, "Hunday" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.


Qəza zamanı 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əli qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər