Cəmiyyət

Dağlıq rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

19 Jul 2026, 11:44 3 baxış
Dağlıq rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
İyulun 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb. Düşən yağıntının miqdarı Ağstafada 15, Balakəndə 11, Zaqatalada 8, Qaxda (Sarıbaş) 7, Gədəbəydə 6, Tovuz, Ceyrançöldə 2, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Qusar, Şahdağda 1 mm-dir. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 20 m/s-yə çatır.
Mənbə oxu.az

Oxşar Xəbərlər