Digər

Pentaqonda UNO-larla bağlı sənədlər var - Rendl

19 Jul 2026, 11:15 3 baxış
Pentaqonda UNO-larla bağlı sənədlər var - Rendl

Pentaqonun dərc olunmamış UNO sənədlərində yadplanetlilərin Yerə səfərlərinə dair dəlillər ola bilər.


Axar.az xəbər verir ki, bunu tanınmış amerikalı ufoloq Kevin Rendl deyib.


“Mən inanıram ki, bu cür fayllar hələ də mövcuddur. Və inanıram ki, onlarda yadplanetlilərin Yerə səfərinə dair dəlillər var. Administrasiyanın onları açıqlamaq üçün nə qədər irəli getməyə hazır olduğunu bilmirəm”, - Rendl bildirib.


Onun sözlərinə görə, bu cür sənədlərin dərc olunması milli təhlükəsizlik səbəblərinə görə məhdudlaşdırıla bilər:


"Prezidentin bu məsələ ilə bağlı qərarını gözləməliyik”.


Ufoloqun sözlərinə görə, bu cür materialların açıqlanması UNO mövzusu ətrafında müzakirələrin tonunu kökündən dəyişə bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər