Digər
İranda güclü zəlzələ oldu
İranın Xuzistan vilayətində 5 bal gücündə zəlzələ olub.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Salend rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.
Mənbə
axar.az