Cəmiyyət

Azərbaycan internet sürətinə görə dünyada neçənci yerdədir?

18 Jul 2026, 23:51 23 baxış
Azərbaycan internet sürətinə görə dünyada neçənci yerdədir?

İyun ayı üçün olan məlumatlara görə, Azərbaycan mobil internet sürətinə görə 98 ölkə arasında 46-cı yeri tutub. Orta mobil internet sürəti 98,61 Mbit/san təşkil edib.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Speedtest Global Index" məlumat yayıb.


Bildirilib ki, Cənubi Qafqaz ölkəsi olan Ermənistanda orta mobil internet sürəti 74,32 Mbit/san təşkil edib və 98 ölkə arasında 61-ci yerdə qərarlaşıb.


Gürcüstan isə 17-ci (168,84 Mbit/san) yerdə qərarlaşıb.


Ən sürətli mobil internet Birləşmiş Ərəb Əmirliklərində (672,87 Mbit/san) qeydə alınıb.


Sabit (fiksə olunmuş) internet reytinqində Azərbaycan 149 ölkə arasında 84-cü (92,18 Mbit/san) yeri tutub


Bu reytinqdə Ermənistan 85-ci (91,69 Mbit/san), Gürcüstan isə 107-ci (50,83 Mbit/san) yerdədir.


Ən sürətli sabit internet Sinqapurda (447,75 Mbit/san) qeydə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər