Digər

İran ABŞ bazasını vurdu: itkilərin sayı açıqlandı...

18 Jul 2026, 22:00 2 baxış
İran ABŞ bazasını vurdu: itkilərin sayı açıqlandı...

İranın İordaniyadakı ABŞ hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində iki ABŞ hərbçisi həlak olub.


Axar.az xəbər verir ki, bu barədə CENTCOM X səhifəsində məlumat yayıb.


Bildirilib ki, hazırda bir hərbçi döyüşdə itkin düşmüş kimi qeydə alınıb.


Qurum dörd əsgərin xəstəxanaya yerləşdirildiyini, bir neçə əsgərin isə yüngül xəsarət aldığını qeyd edib.


Xatırladaq ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyadakı Əl-Əzraq aviabazasına zərbələr endirib.

Mənbə axar.az

Oxşar Xəbərlər