Digər

Rusiyaya məxsus helikopter qəzaya uğradı: ölənlər var

18 Jul 2026, 22:49 3 baxış
Rusiyaya məxsus helikopter qəzaya uğradı: ölənlər var

Rusiyanın Krasnodar diyarında Mi-2 helikopteri qəzaya uğrayıb.


Axar.az xəbər verir ki, bu barədə Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.


Qeyd olunub ki, tarlaların dərmanlanması həyata keçirilərkən kənd təsərrüfatı təyinatlı Mi-2 helikopteri yerə düşüb. Hadisə nəticəsində iki pilot həlak olub.


Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər