Digər
Zelenski komandirlərlə görüşdü: Rusların logistikası...
Ukrayna Prezidenti Vladimir Zelenski Prezident Ofisinin rəhbərinin müavini Pavel Palisa ilə birgə cəbhənin ən çətin mövqelərini müdafiə edən korpus komandirləri ilə görüş keçirib.
Axar.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, hərbçilərlə Slavyansk, Pokrovsk və Aleksandrovski istiqamətləri, eləcə də Xarkov vilayətindəki vəziyyət müzakirə olunub.
“Silah və döyüş əməliyyatlarının aparılması üçün zəruri vasitələrin tədarükünü, rotasiyaların həyata keçirilməsini, logistikanın qorunmasını və rusların logistikasının məhv edilməsini müzakirə etdik”, – Zelenski qeyd edib.
Mənbə
axar.az