Cəmiyyət
Həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salındı
Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində, 17 iyul tarixində "Atlas Bey" gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb.
Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Mənbə
axar.az