Cəmiyyət
Həlak olan hərbçimizlə bağlı yayılan video…
Bəzi media resurslarında həlak olan hərbçi Ələkbər Rizvan oğlu Quliyevin paraşütdən yıxılması kimi təqdim edilən görüntülərin araşdırılması zamanı məlum olub ki, video bir neçə ay əvvəl xarici ölkələrdən birində çəkilib.
Axar.az xəbər verir ki, bu barədə "Hərbi Azərbaycan" Teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, videoda görünən C-130 tipli hərbi nəqliyyat təyyarəsi Azərbaycan Müdafiə Nazirliyinin balansında yoxdur. Həmçinin görüntüdəki paraşüt sistemi də Azərbaycan Ordusunda istifadə edilən paraşüt növlərinə aid deyil.
Bu səbəbdən videonun Azərbaycan Ordusuna aid olduğu barədə yayılan iddialar həqiqəti əks etdirmir.
Mənbə
axar.az