Cəmiyyət

Göygöldə kəndləri birləşdirən körpü qəzalı vəziyyətə düşüb - FOTO

18 Jul 2026, 18:34 2 baxış
Göygöldə kəndləri birləşdirən körpü qəzalı vəziyyətə düşüb - FOTO
Göygöldə strateji əhəmiyyətə malik körpü qəzalı vəziyyətə düşüb. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, buna səbəb son günlər Qərb bölgəsinə yağan leysan xarakterli yağışlar olub. Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yolunun üzərindəki körpüdən Göygöl rayonunda ümumi 5 min nəfər əhali istifadə edir. Körpü həmçinin Goranboy rayonunun Todan, Erkəc, Mənəç və Buzluq kəndlərini də əlaqələndirir. Qeyd edək ki, yol ötürücüsü 1960-cı illərdə inşa olunub.
{{gallery}}
Göygöldə kəndləri birləşdirən körpü qəzalı vəziyyətə düşüb - FOTO Göygöldə kəndləri birləşdirən körpü qəzalı vəziyyətə düşüb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər