Kriminal

Xırdalandakı güclü yanğın söndürüldü - VİDEO

18 Jul 2026, 08:50 32 baxış
Xırdalandakı güclü yanğın söndürüldü - VİDEO
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Nazirlikdən qeyd olunub ki, qurumun "112" qaynar telefon xəttinə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər