Kriminal
Naxçıvanda ağır qəza: Xəsarət alanlar var - VİDEO
Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, qəza iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində olub. İlkin məlumata görə, Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Qəzanın başvermə səbəbi və ölən şəxsin kimliyi ilə bağlı araşdırma aparılır.
Mənbə
oxu.az