Digər

Beş ölkənin hərbçiləri Azərbaycanda toplaşacaqlar - FOTO

17 Jul 2026, 18:16 2 baxış
Beş ölkənin hərbçiləri Azərbaycanda toplaşacaqlar - FOTO
Azərbaycanda təşkili nəzərdə tutulan "Birliyin Gücü - 2026" birgə hərbi təlimin planlaşdırma konfransı keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən konfransda Azərbaycanla yanaşı Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistanın nümayəndə heyətləri iştirak ediblər. Qonaqları salamlayan general-leytenant Azər Əliyev ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, "Birliyin Gücü - 2026" birgə hərbi təlimin əsas məqsədi ölkələrimizin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir. Tədbir iştirakçılarına təlimin sualları, ssenarisi və yerinə yetiriləcək döyüş epizodları haqqında ətraflı məlumat verilib. Konfrans çərçivəsində qonaqlar təlim keçiriləcək ərazi ilə əyani tanış olaraq, tapşırıqları dəqiqləşdiriblər. Sonda iştirakçı ölkələr konfransın yekununa dair protokol imzalayıb, maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparıblar.
{{gallery}}
Beş ölkənin hərbçiləri Azərbaycanda toplaşacaqlar - FOTO Beş ölkənin hərbçiləri Azərbaycanda toplaşacaqlar - FOTO Beş ölkənin hərbçiləri Azərbaycanda toplaşacaqlar - FOTO Beş ölkənin hərbçiləri Azərbaycanda toplaşacaqlar - FOTO Beş ölkənin hərbçiləri Azərbaycanda toplaşacaqlar - FOTO Beş ölkənin hərbçiləri Azərbaycanda toplaşacaqlar - FOTO Beş ölkənin hərbçiləri Azərbaycanda toplaşacaqlar - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər