Kriminal

Ailə münaqişəsi faciə ilə nəticələndi: Kişi yaşadığı evi yandırdı

17 Jul 2026, 01:48 1 baxış
Ailə münaqişəsi faciə ilə nəticələndi: Kişi yaşadığı evi yandırdı
Şamaxıda kişi öz evini yandırıb. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Məlikçobanlı kəndində baş verib. Əraziyə Şamaxı rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunublar. Yanğın zamanı kənd sakini, 1983-cü il təvəllüdlü Ağayar Ağaverdi oğlu Ağayevə məxsus 35 kvadratmetr sahəsi olan birmərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, evin ailə münaqişəsi zəminində Ağayar Ağayev tərəfindən qəsdən yandırıldığı ehtimal edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər