İqtisadiyyat

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlər üçün subsidiya mexanizmi tətbiq edilə bilər

15 Jul 2026, 21:08 2 baxış
Azərbaycana uçuş həyata keçirən aviaşirkətlər üçün subsidiya mexanizmi tətbiq edilə bilər
"Azərbaycana müntəzəm reyslər həyata keçirən aviaşirkətlərin stimullaşdırılması məqsədilə subsidiya mexanizminin işə salınması nəzərdə tutulur". Oxu.Az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyəti sədrinin müavini Rəşad Əliyev bildirib.
{{gallery}} Onun sözlərinə görə, bu mexanizm hazırlıq mərhələsində olan turizm sahəsi üzrə yeni dövlət proqramında əksini tapıb. Rəşad Əliyev qeyd edib ki, proqramın əsas hədəfi yeni istiqamətlər üzrə uçuşların başladılması və mövcud reyslərin sayının artırılmasıdır: "Beynəlxalq aviaşirkətlər yeni marşrut müəyyənləşdirərkən aeroport yığımları, xidmət haqları, vergi öhdəlikləri və digər məsrəfləri nəzərdən keçirir, daha əlverişli şərtlər təklif edən ölkələrə üstünlük verirlər. Bir sıra dövlətlər, o cümlədən Özbəkistan fəal subsidiya strategiyası tətbiq edərək aviaşirkətləri, turizm operatorlarını, hotelləri və digər sahə iştirakçılarını maliyyə baxımından dəstəkləyir. Biz də rəqabətədavamlılığımızı gücləndirmək üçün oxşar dəstək mexanizmi formalaşdırırıq". ATB rəsmisi, həmçinin vurğulayıb ki, yeni dövlət proqramında aşağıbüdcəli ("lou-kost") aviaşirkətlərin ölkəmizə cəlb edilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Azərbaycana uçuş həyata keçirən aviaşirkətlər üçün subsidiya mexanizmi tətbiq edilə bilər
Mənbə oxu.az

Oxşar Xəbərlər