Digər

Baltikyanı ölkələr əhalini Rusiya ilə qorxudur - Peskov

15 Jul 2026, 16:15 22 baxış
Baltikyanı ölkələr əhalini Rusiya ilə qorxudur - Peskov

Baltikyanı ölkələr NATO-nun bölgədə daha çox infrastruktur yerləşdirməsinə nail olmaq üçün əhalini Rusiya təhlükəsi ilə qorxudur.


Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Litva Prezidenti Gitanas Nausedanın Rusiyanın Baltikyanı obyektlərə hücum planlaşdırmasına dair açıqlamalarını şərh edərkən deyib.


“Bu, beyin yuyulmasını davam etdirmək və əhalini gələcək hərbiləşdirməyə hazırlamaq məqsədi daşıyan növbəti qorxutma kampaniyasıdır. Bunun üçün başqa bir ölkənin - Rusiyanın timsalında düşmən obrazı yaradılır, bundan istifadə edərək Baltikyanı ölkələrə NATO-nun hərbi infrastrukturunun bütün istiqamətlər üzrə yerləşdirilməsi davam etdirilir”, - bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər