Cəmiyyət

Vətəndaşların Abşeron xəstəxanasında SINAĞI: Saatlarla növbədə gözləyirlər - FOTO - VİDEO

14 Aug 2026, 09:56 1 baxış
Vətəndaşların Abşeron xəstəxanasında SINAĞI: Saatlarla növbədə gözləyirlər - FOTO - VİDEO
Abşeron Rayon Mərkəzi Xəstəxanasında (RMX) "Ana-uşaq" pəncərəsi önündə uzun növbə yaranıb. Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.

Şikayətə əsasən, növbənin əsas səbəbi valideynlərin məktəb və idman məşğələləri ilə bağlı sağlamlıq arayışı almaq üçün xəstəxanaya müraciət etmələridir.
Bildirilib ki, bu xidmət üçün iki pəncərə nəzərdə tutulsa da, hazırda onlardan yalnız biri fəaliyyət göstərir. Bu isə vətəndaşların saatlarla növbədə gözləməsinə səbəb olur. "İşləyən pəncərənin qarşısına maneə qoyulub və vətəndaşlar bir-bir pəncərəyə yaxınlaşa bilirlər. Digər pəncərənin fəaliyyət göstərməməsinin səbəbini soruşduqda isə səbəb kimi əməkdaşın məzuniyyətdə olduğunu bildirdilər", - deyə şikayətdə qeyd olunub.
Vətəndaşların Abşeron xəstəxanasında SINAĞI: Saatlarla növbədə gözləyirlər - FOTO - VİDEO Vətəndaşların Abşeron xəstəxanasında SINAĞI: Saatlarla növbədə gözləyirlər - FOTO - VİDEO Vətəndaşların Abşeron xəstəxanasında SINAĞI: Saatlarla növbədə gözləyirlər - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər