İqtisadiyyat

Azərbaycanın Ermənistana ixracının həcmi 17 milyon dolları ötüb

15 Jul 2026, 15:48 2 baxış
Azərbaycanın Ermənistana ixracının həcmi 17 milyon dolları ötüb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Ermənistana 17 milyon 128.64 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı statistikada bildirilib. Məlumata görə, hesabat dövründə Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri cəmi 960 ABŞ dolları olub. İyun ayında isə bu ölkədən ümumiyyətlə idxal qeydə alınmayıb. Ümumilikdə, bu ilin ilk altı ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 26.7 faiz artıb, idxal isə 27.6 faiz azalıb. Nəticədə Azərbaycanın xarici ticarətində 7 milyard 979 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici illik müqayisədə 5.9 dəfə artıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər