İqtisadiyyat

Nazir: "Neft qlobal iqtisadiyyatın və enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır"

15 Jul 2026, 10:38 2 baxış
Nazir: "Neft qlobal iqtisadiyyatın və enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır"
"Azərbaycanın OPEC+ təşəbbüsündə uzun illərdir fəal iştirakı ölkəmizlə qurum arasında əməkdaşlığın uğurla inkişaf etdiyini göstərir". Oxu.Az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən OPEC+ Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation - CoC) Texniki Komitəsinin ilk iclasında deyib. O bildirib ki, Texniki Komitənin birinci toplantısının məhz Bakıda keçirilməsi Azərbaycanın dünya enerji sənayesinin tarixində və müasir beynəlxalq enerji əməkdaşlığının inkişafındakı roluna verilən yüksək dəyərin ifadəsidir: "Hazırda qlobal enerji bazarı artan geosiyasi gərginliklər, regional münaqişələr, qlobal iqtisadi dəyişikliklər və təchizat zəncirindəki pozuntular səbəbindən mürəkkəb və dəyişkən dövrdən keçir. Belə bir şəraitdə enerji təhlükəsizliyinin təmin edilməsi, bazarın sabitliyinin qorunması və proqnozlaşdırıla bilməsinin təmin olunması beynəlxalq əməkdaşlığı hər zamankından daha vacib edir. Xüsusilə də neftə tələbat yüksək olaraq qaldığı, hasilat sektoruna investisiyaların azalmasının isə gələcəkdə qiymət şokları riskini artırdığı bir dövrdə bu dialoqun əhəmiyyəti daha da artır. Danılmaz faktdır ki, enerji keçidinin sürətlənməsinə baxmayaraq, neft qlobal iqtisadiyyatın və enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır və qarşıdakı onilliklər ərzində də belə olacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər