İqtisadiyyat

Yaxın Şərqdəki gərginlik fonunda dünya birjalarında neft bahalaşır

15 Jul 2026, 10:40 3 baxış
Yaxın Şərqdəki gərginlik fonunda dünya birjalarında neft bahalaşır
Yaxın Şərqdə münaqişənin əhəmiyyətli dərəcədə kəskinləşməsi fonunda neftin bahalaşması müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:08-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.8 dollar (0.94%) artaraq bir barel üçün 85.53 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 1.43 dollar (1.7%) artaraq bir barel üçün 84.73 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 0.52 dollar (0.66%) artaraq bir barel üçün 79.86 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 1.20 dollar (1.5%) artaraq bir barel üçün 79.34 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər