İqtisadiyyat
OPEC-in baş katibi: "Bakı dünya neft tarixində bir çox ilklərə imza atıb"
"Azərbaycan uzun illərdir neft sənayesinin öncüllərindən biridir". Oxu.Az xəbər verir ki, bu fikirləri OPEC-in baş katibi Heysəm əl-Qays Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation - CoC) Texniki Komitəsinin ilk iclasında deyib. O bildirib ki, Bakı qlobal neft sənayesinin beşiyi olmaqla yanaşı, dünya neft tarixində bir çox ilklərə imza atmış şəhərdir: "Keçmişdə bu torpaqda baş vermiş sənaye yenilikləri kimi, bugünkü toplantının da neft istehsalçıları, istehlakçıları, investorlar və bütövlükdə qlobal iqtisadiyyat üçün mühüm faydalar verəcəyinə inanırıq. 2019-cu il 2 iyul tarixində OPEC üzvü olan və OPEC-ə daxil olmayan neft hasilatçısı ölkələr tərəfindən Əməkdaşlıq Xartiyasının imzalanması əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu və Əməkdaşlıq Bəyannaməsinin uğurları nəticəsində formalaşmış müsbət dinamikanı daha da gücləndirdi".
Mənbə
oxu.az