Digər
Azərbaycanda tarixi abidələr necə qorunur? - Bütün suallar CAVABLANDIRILDI - VİDEO
Azərbaycanda minilliklərə söykənən zəngin tarix və mədəni irs mövcuddur. Bu irsin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdən biridir. Son illərdə bu istiqamətdə, xüsusən də işğaldan azad edilən ərazilərdə genişmiqyaslı işlər həyata keçirilir. Eyni zamanda, qəzalı vəziyyətdə olan abidələr, qanunsuz müdaxilələr və bərpa prosesləri ilə bağlı cəmiyyətdə maraq doğuran çoxsaylı suallar var. Bu və digər mövzuları müzakirə etmək üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, memarlıq üzrə elmlər doktoru, Səbinə Hacıyeva Oxu.Az-a geniş müsahibə verib.
- Səbinə xanım, Azərbaycanda dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin sayı nə qədərdir? - Daşınmaz abidələrin son siyahısı 2001-ci ildə Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə təsdiq olunub və hazırda biz həmin siyahı ilə işləyirik. Onu da qeyd edim ki, bundan əvvəl də Azərbaycan ərazisində abidələrlə bağlı müxtəlif illərdə təsdiq olunmuş siyahılar mövcud olub. Sonuncu siyahı yeni salınmış abidələrlə yanaşı, əvvəlki siyahılarda qeyd olunan abidələri də özündə ehtiva edir. Bu siyahıda abidələr əhəmiyyət dərəcəsinə görə üç yerə bölünür: dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli abidələr. Buraya memarlıq abidələri, arxeoloji abidələr, bağ-park, monumental və xatirə abidələri aiddir. Bu siyahıda hazırda Mədəniyyət Nazirliyi nəzarətində olan 4 377 abidə yer alıb. Ümumiyyətlə isə həmin siyahıda yer alan 6 114 abidənin bir hissəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, bir hissəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, bir hissəsi Naxçıvan Muxtar Respublikasının nəzarəti və eləcə də Dövlət Turizm Agentliyi tərəfindən qorunur. Ən böyük say isə bizdədir. Biz bu abidələrlə işləyirik - monitorinqlər aparırıq, pasportlaşma və s. abidələrin qorunmasına təsir göstərən məsələlərlə məşğuluq. Amma onu da demək lazımdır ki, son monitorinqlər nəticəsində bu siyahıya düşməyən bir çox abidələr də aşkar olunub. Eyni zamanda, 2001-ci ildəki siyahının üzərindən 25 il vaxt keçib, mövcud siyahıda olan çatışmazlıqları həll etməliyik. Həm yeni aşkar olan abidələri siyahıya daxil etməliyik, həm də siyahıda olan abidələrə aid olan səhvləri düzəltməliyik. Məsələn, küçələrin adlarında dəyişmələr olub, ünvanların yenilənməsi də abidələrin qorunması işinə ciddi təsir edir. Bu çatışmazlıqları aradan qaldırmaq üçün Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Artıq Ekspert Şurasının üçillik fəaliyyəti dövründə bir çox abidə siyahıya salınıb. Siyahıda hər hansı düzəlişin edilməsi, o cümlədən yeni abidənin salınması üçün əvvəlcə Şurada baxılır, sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarından rəy alınır. Daha sonra müxtəlif qurumlarla razılaşdırılır və nəhayət Nazirlər Kabineti tərəfindən qərar verilir. Ötən il siyahıya 51 abidə daxil etmişik. Siyahıya salınması nəzərdə tutulan digər irs nümunələri isə həmin prosesin müxtəlif mərhələlərindədir. Eyni zamanda, mövcud siyahıda olan nöqsanlar da mütəmadi olaraq aradan götürülür. 2025-ci ildə dövlət mühafizəsində olan səkkiz, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub. - Hazırda ölkədə abidələrin neçə faizinin durumu qənaətbəxş hesab olunur? - Abidələr vaxtaşırı monitorinq olunur. Təbii ki, vaxtında düzgün qorunmayan abidələrin vəziyyəti ilbəil pisləşir. Bərpa və konservasiya işlərinə ciddi ehtiyac olan abidələrin üzərindəki qoruyucu tədbirlər günümüzə çatmış vəziyyətinə və abidənin əhəmiyyət dərəcəsinə uyğun aparılmalıdır. Qeyd etməliyəm ki, bu sahəyə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi diqqət göstərirlər. Ölkə başçısı tərəfindən mədəni irsimizin qorunması, bərpa-konservasiyası, eləcə də idarəolunmasında səmərəliliyin artırılması istiqamətində imzalanan fərman və sərəncamlar bunun bariz nümunəsidir. Biz də çalışırıq ki, verilən tapşırıqları vaxtında, düzgün həll edək. Günümüzə gəlib çatmış vəziyyətindən asılı olmayaraq çoxsaylı gözəl abidələrimiz var. Biz onların hər birini qorumağa çalışırıq. Dünən qənaətbəxş hesab etdiyimiz bina bu gün hansısa fəlakət, yaxud düzgün istifadə olunmama səbəbindən yararsız hala düşə bilər. Təbii ki, bərpası və qorunması birinci tələb olunan abidələrimiz də var. İşğaldan azad olunmuş ərazilərdə də belə abidələr çoxdur. Son illərdə dövlət xidmətinin nəzarəti altında 79 abidə bərpa olunub. Bununla yanaşı, xeyli sayda abidədə bərpa və konservasiya işlərinin aparılmasına ehtiyac var. İşğaldan azad olunmuş ərazilərdəki abidələrin vəziyyətindən danışsaq, təbii ki, ən sürətli bərpa və inkişaf işləri Şuşa şəhərində gedir. Bu istiqamətdə çox yaxşı nümunələr var. Artıq bir çox abidə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. Bir çoxunun layihəsi hələ tam həyata keçməyibsə də, hazırlanıb və gözlənilir. Başqa yerlərdə də bərpa işləri gedir. Hazırda bizim bir çox rayonlarımızda, o cümlədən Bakı və ətraf ərazilərdə bir çox bərpa layihələri aparılır. Məsələn, Kiçik Mərdəkan qəsrinin bərpası, demək olar ki, başa çatıb. Dünya əhəmiyyətli Çıraqqala abidəsində, demək olar ki, bərpa işləri bitib, ərazinin abadlaşdırılması, yəni oraya səfər edənlər üçün daha əlverişli şəraitin yaradılması kimi məsələlərə baxılır. Lənkəran Dairəvi Qalasında işlərə artıq başlanılıb, qalaya sonradan əlavə edilmiş elementlər təmizlənib, bərpa-bərkidilmə işləri görülür. Xankəndidə dram teatrı, demək olar ki, bərpa olunub, interyer işləri tamamlanmaq üzrədir. Ağdamda işğalçılar tərəfindən vəhşicəsinə dağıdılmış İmarət kompleksi və tarixi qəbiristanlıq bərpa edilib, muzey yaradılıb. Ziyarətçilərin qəbulu üçün müasir infrastruktur yaradılıb. Burada ziyarətçilərin sayı ilbəil artmaqdadır. - Bəzi tarixi binalar və ya abidələr zaman-zaman müxtəlif şəxslər tərəfindən, ələlxüsus da sahibkarlar tərəfindən alınır, sonra həmin tarixi abidənin, binanın təyinatı dəyişdirilir və başqa bir istiqamət üzrə istifadəyə verilir, eləcə də dağıdılması müşahidə olunur. Bu nə ilə əlaqədardır? Ümumiyyətlə, bu kimi halların qarşısının alınması istiqamətində hər hansı bir iş aparılırmı? - Əlbəttə. Təbii ki, abidələrin qorunması tək dövlət qurumlar tərəfindən həyata keçirilməməlidir. Mədəni irsimizin qorunması bizim, cəmiyyətin, hər birimizin ümumi işidir. Bütün ölkələrdə olduğu kimi, biz də bunda maraqlıyıq ki, abidələrimizin gələcək nəsillərə ötürülməsinə töhfə vermək üçün vətəndaşlarımız qanunvericiliyə uyğun olaraq, abidələrin bərpa layihələrini razılaşdıraraq bərpa edib, istifadə etsinlər. Qeyd etdiyim kimi, siyahımızda abidələr dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli abidələrə bölünüb. Dünya və ölkə əhəmiyyətli abidələr xüsusi mülkiyyətdə ola bilməz, alınması, satılması və bağışlanması qanunvericiliklə qadağandır. Yerli əhəmiyyətli abidələr xüsusi mülkiyyətdə ola bilər, icarəyə verilə və ya alınıb-satıla bilər. Yəni hər bir vətəndaş mülkiyyətində və ya istifadəsində olan yerli əhəmiyyətli abidəni qanunvericiliyə uyğun olaraq bərpa və istifadə edə bilər. Amma öhdəlik götürən tərəf dərk etməlidir ki, söhbət memarlıq abidəsindən gedir və onun qorunması müvafiq qanunlara uyğun aparılmalı və aidiyyəti qurumlarla razılaşdırılmalıdır. Bir məqama da diqqət çəkmək istəyirəm. Abidə bərpa olunduqdan sonra istifadə olunmasa, bir az da tez dağılacaq. Deməli, abidənin bərpası zamanı artıq onun nə məqsədlə istifadəsinə dair layihə də işlənməlidir. Və ən əsası da odur ki, abidənin istifadəsi onun üzərində böyük dəyişikliklərə və müdaxilələrə səbəb olmamalıdır. Məhz buna görə abidələrin üzərində aparılan işlər mütləq qaydada mütəxəssislərlə razılaşdırılmalıdır. Çünki abidələrimizi gələcək nəsillərə ötürmək əsas məqsədimizdir. - Yəni ruhuna xələl gətirilməməlidir... - Bəli. - Bununla bağlı bir nümunə gətirmək istəyirəm. Türkiyənin Hatay vilayətində Necmi Asfuroğlu Arxeologiya Muzeyi var. Muzeyin adını daşıdığı sahibkar həmin ərazini dövlətdən alıb və orada hotel tikintisinə başlayanda qazıntılar zamanı yerin altından qədim şəhər tapılıb. Daha sonra müvafiq dövlət qurumu ilə razılaşdırılmış şəkildə həm hotel tikintisi davam etdirilib, həm də ərazi muzey şəklində qorunub-saxlanılıb... - Bəli, siz parlaq şəkildə mənim dediyimi nümunə ilə bir daha izah etməyə kömək etdiniz. Belə hallar çoxdur. Yəni yeni abidə aşkar edildikdə bütün aidiyyəti tərəflər birləşərək abidənin həm bərpası, həm də gələcək istifadəsinə dair ən düzgün və səmərəli çıxış yolu tapmalıdırlar. Siz çox gözəl ifadə işlətdiniz - abidənin ruhu. Bu, çox vacib bir məsələdir. Ruh dedikdə, burada yalnız abidənin özü yox, onun tarixi və həmçinin ətrafında yaşayan sakinlərin də həmin abidə barəsində düşüncələri, ata-babaları tərəfindən verilən məlumatlar da nəzərdə tutulur. Yəni hər bir abidənin insanlar, yerləşdiyi şəhər nöqteyi-nəzərindən ruhu var. Abidənin dəyişdirilməsi və ya məhv edilməsi isə şəhərin ruhunun dəyişdirilməsinə səbəb olur. Bu, çox ciddi məsələdir və bunu xüsusi diqqətdə saxlamalıyıq. Əks halda gələcək nəsillərə ötürüləsi abidəmiz qalmayacaq. - Bakıda və bölgələrdə bəzi tarixi abidələrin, heykəllərin üzərindəki məlumat lövhələri hələ də kiril əlifbası ilə yazılıb. Bu lövhələrin yenilənməsi dövlət xidmətinin gündəmində varmı? - Bərpa nəzəriyyəsinə görə, memarlıq abidəsinə hər hansı tarixi mərhələdə əlavə və ya müdaxilə edilibsə, artıq o da abidənin tarixi hissəsi kimi qorunmalıdır. Təbii ki, vandalizm aktı istisna olmaqla. Düşünürəm ki, kiril əlifbası ilə olan lövhələr də, vaxt gələcək, müzakirə mövzusu olacaq. Təbii ki, bu, təkcə dövlət xidmətinin qərarı ilə yox, aidiyyəti qurumların birgə qərarı nəticəsində öz həllini tapacaq. Düşünürəm ki, buna cəmiyyət və alimlər düzgün qərar verə biləcəklər. Hal-hazırda qarşımızda daha vacib məsələ durur - abidələrin üzərində dövlət tərəfindən qorunmasını əks etdirən lövhələrin yerləşdirilməsi. Mərhələli şəkildə həyata keçirilən layihə çərçivəsində 2025-ci il ərzində 1 282 tarix-mədəniyyət abidəsinə məlumat lövhəsi quraşdırılıb. Lövhələrin üzərində abidənin adı, tarixi və dövlət tərəfindən qorunması qeyd olunur. Proses davam edir. Üzərində səhv məlumatlar yazılan lövhələrimiz də var. Bu da yuxarıda qeyd etdiyim abidələrin mövcud siyahısında olan çatışmazlıqlarla bağlıdır. Bizim belə bir planımız da var ki, gələcəkdə abidələrin üzərində və yaxud yaxınlığında vurulan lövhələrdə QR-kodlar istifadə olunsun. QR-kod rahat və cəmiyyətdə artıq qəbul olunmuş bir yanaşmadır. Nəticədə abidələrin tarixinə, memarlığına, sifarişçi və memarına dair istənilən məlumatların yerləşdirilməsi, vaxtaşırı yenilənməsi, müxtəlif dillərdə təqdim edilməsi mümkün olacaq. - Bu istiqamətdə hər bir Azərbaycan vətəndaşının maraq doğurduğu məsələlərdən biri də işğaldan azad edilən ərazilərdə tarix və mədəniyyət abidələrinin mövcud durumu ilə bağlıdır. Aparılan monitorinqlər nəticəsində neçə tarix və mədəniyyət abidəsinin dağıdıldığı və ya ciddi zərər gördüyü müəyyənləşdirilib, həmçinin hazırda neçə abidə üzrə bərpa və konservasiya işləri aparılır? - Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanının icrası çərçivəsində 2020-ci il noyabrın 3-dən başlayaraq işğaldan azad olunmuş ərazilərdə inventarlaşdırma işləri aparırıq. 2023-cü ildən etibarən isə inventarlaşma işləri daha intensiv xarakter alıb. Həmin dövrdən bəri mütəmadi olaraq monitorinqlər keçirilir, abidələr aşkar olunur. Eyni zamanda, aşkar olunan abidələrin və siyahıda olan abidələrin günümüzə çatmış vəziyyəti araşdırılır. Ümumilikdə 575 abidədə inventarlaşdırma işləri aparılıb. Bununla yanaşı, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan 256 yeni aşkar edilmiş abidə sənədləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2025-ci ildə həmin yeni aşkar edilmiş abidələrin 44-ü daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan tarixi abidələrin sayı 749-a çatıb. 212 yeni aşkar edilmiş abidənin də dövlət qeydiyyatına salınması istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda yerləşən və dövlət qeydiyyatında olan 130 abidənin inventarlaşması hələlik başa çatdırılmayıb. Bunun əsas səbəbi isə ərazilərin minalarla çirkləndirilməsidir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları ilə birgə bizim əməkdaşlar bu zonalara gedirlər. Biz sonuncu monitorinqimizə 2025-ci ildə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları ilə başlamışıq. 2026-cı ildəki monitorinqimiz isə sentyabrda olacaq. Abidələrin bərpası və konservasiyası barəsində danışdıqda isə qeyd etmək lazımdır ki, burada layihələndirmə prosesi çox mühüm rol oynayır. Bərpa layihələndirilməsi yalnız elmi-tədqiqatlar və tarixi araşdırmalar, abidənin günümüzə çatdığı vəziyyətinin düzgün qiymətləndirilməsi əsasında aparıla bilər. Burada heç əvvəllər mövcud olmayan elementlərin əlavəsi və ya öz istəyimizə uyğun abidənin dəyişdirilməsi yolverilməzdir. Abidələr araşdırılır, monitorinq olunandan sonra elmi nöqteyi-nəzərdən təhlil edilir, mütləq şəkildə arxivlərə müraciət olunur, yerli sakinlərlə abidənin barəsində məlumat toplamaq məqsədilə danışıqlar aparılır. Amma burada bir istisna da var. Abidələr işğal zamanı, yaxud təbii fəlakət zamanı - bizim vəziyyətdə daha çox işğaldan söhbət gedir - vəhşicəsinə dağılıb və ya dağıdılıbsa, lakin abidə mədəni irs kimi ətrafda yaşayan insanlar üçün böyük əhəmiyyət kəsb edirsə, eyni zamanda, onun tarixi görkəmini və cizgilərini əks etdirən arxiv sənədləri varsa, həmin abidələri sıfırdan tikmək mümkündür. Təbii ki, artıq bu, bərpa deyil, rekonstruksiyadır və istisna hallarda buna icazə verilə bilər. - Bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq varmı və Azərbaycanın mədəni irsinin qorunmasına hansı dəstək göstərilir? - Dövlət xidməti UNESCO, ICESCO, ICCROM və s. kimi təşkilatlarla əməkdaşlıq edir. ISESCO-nun iki missiyası bu günə kimi Qarabağ və Şərqi Zəngəzur ərazisində olan bir çox abidələrə baxış keçirib, birlikdə monitorinqlər aparılıb. UNESCO ilə əməkdaşlığımıza gəlincə, abidələrin bu qurumun əsas və ilkin siyahısına salınması istiqamətində daha çox iş gedir. Məsələn, hal-hazırda Azıx və Tağlar mağaralarının UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması istiqamətində işlər aparılır. Eyni zamanda, Qədim Qəbələ şəhəri və Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi UNESCO-nun ilkin siyahılarına daxil edilib. - Azərbaycanda mədəni irsin qorunması sahəsində yaxın illərdə əsas hədəfləriniz nələrdir? - Əsas hədəfimiz abidələrimizi, mədəni irsimizi qorumaqdır. Biz çalışmalıyıq ki, daha çox abidələr qorunsun, bərpa olunsun. Təbii ki, bunun üçün hazırda sistem mövcuddur, lakin biz onun təkmilləşdirilməsi üstündə çalışırıq. Biz yalnız abidələrin bərpası ilə yox, mövcud abidələrdə yaşayan insanların və yaxud abidələri istifadəyə götürən insanlara icarə, satış, təmir və s. kimi məsələlərdə də icazə verən orqanıq. Biz bu icazəni aidiyyəti orqanlarla razılaşdırdıqdan sonra veririk. Fürsətdən istifadə edərək cəmiyyətə müraciət etmək istəyirəm ki, burada bizə kiməsə mane olan bir orqan kimi baxmasınlar. Biz, sadəcə, çalışırıq ki, abidələrimiz, heç olmasa, günümüzə çatmış vəziyyətdə qalsın. İnsanlar başa düşməlidirlər ki, bu, eyni zamanda, onların təhlükəsizliyi ilə bağlı ciddi bir məsələdir. Məsələn, Qarabağda və yaxud digər ərazilərdə də tikinti aparan qurumlar bizimlə həmin işlərin aparılmasını razılaşdırmalıdırlar. Biz də müraciət edirik yenə də AMEA-nın Arxeologiya və Antropologiya İnstitutuna. Çünki torpağın altında hansısa arxeoloji laylar, arxeoloji abidələr ola bilər. Yaxud bütün tarixi binalarda, binaların ətrafındakı mühafizə zonalarında hər hansı aparılan iş razılaşdırılmalıdır. Həyata keçirilən işlərin davamlılığının təmin olunması və daha da inkişaf etdirilməsi, institusional idarəetmənin müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"na uyğun olaraq davam etdiriləcək. Rəqəmsal idarəetmənin genişləndirilməsi Dövlət Xidmətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Vahid Mədəniyyət Reyestri informasiya sisteminin daha da inkişaf etdirilməsi planlaşdırılır. Bu sistem vasitəsilə ölkə üzrə bütün daşınmaz mədəni irs obyektləri vahid rəqəmsal platformada toplanaraq, Coğrafi İnformasiya Sistemləri (CİS) ilə inteqrasiya olunacaq. Mədəni irsin qorunması, idarəolunması və rəqəmsallaşdırılması sahəsində həyata keçirilən kompleks və innovativ dövlət təşəbbüsü olan Vahid Mədəniyyət Reyestrinə artıq 3 700-dən artıq abidə barədə məlumat yerləşdirilib. Ümumiyyətlə, Mədəniyyət Nazirliyinin "e-Culture" rəqəmsal inkişaf strategiyası (2024-26) çərçivəsində mədəniyyət sahəsinin müxtəlif klasterlərdə rəqəmsallaşdırılması üzrə işlər uğurla davam etdirilməkdədir. Bu xüsusda, mədəni irsin qorunması sahəsində altı xidmət elektron formata keçirilib və müraciətlər artıq "MyCulture" (my.culture.az) vahid şəxsi kabineti üzərindən qəbul olunur. Proseslərin sadələşdirilməsi, operativliyin artırılması və rəqəmsal həllər tətbiq etməklə istifadəçilərin məmnunluq səviyyəsinin yüksəldilməsi baxımından xidmətlərin elektronlaşdırılması istiqamətində işləri davam etdirəcəyik. - Müsahibə üçün təşəkkür edirik! - Çox sağ olun. Düşünürəm ki, cəmiyyətdə olan bir çox suallara cavab verdik. Amma yenə də, mən də fürsətdən istifadə edərək demək istəyirəm ki, biz hər bir vətəndaşın abidələrlə bağlı qayğısından irəli gələn suallara və narazılıqlara cavab verməyə hazırıq.

Mənbə
oxu.az