İqtisadiyyat

Rumıniyada SOCAR-ın daha iki yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - VİDEO

14 Jul 2026, 10:42 2 baxış
Rumıniyada SOCAR-ın daha iki yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib - VİDEO
SOCAR-ın Rumıniyadakı törəmə şirkəti ölkədəki fəaliyyətini genişləndirərək iki yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib. AZƏRTAC-ın məlumatına görə, bununla da şirkətin Rumıniyadakı yanacaqdoldurma şəbəkəsinin sayı 94-ə çatıb. Hər iki obyekt müasir xidmət infrastrukturu ilə təchiz olunub və avtomobil sürücülərinə yanacaqla yanaşı, müxtəlif əlavə xidmətlər də təqdim edir.

Yeni yanacaqdoldurma məntəqələrinin açılması SOCAR-ın Rumıniyada fəaliyyətinin genişləndirilməsi strategiyasının növbəti mərhələsidir. Şirkət ölkənin müxtəlif bölgələrində şəbəkəsini genişləndirərək istehlakçılar üçün xidmətlərin əlçatanlığını artırmağı hədəfləyir. SOCAR Rumıniya bazarında fəaliyyətə başladığı vaxtdan etibarən 900-dən artıq yeni iş yeri yaradıb. Şirkətin yanacaqdoldurma şəbəkəsi hazırda Rumıniyanın 31 inzibati ərazi vahidini əhatə edir. SOCAR Rumıniyada fəaliyyətini ardıcıl şəkildə genişləndirərək ölkənin aparıcı yanacaq pərakəndə satış şəbəkələrindən birinə çevrilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər