Ukrayna ilə bağlı mühüm qərarlar verildi - Makron
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın müdafiə potensialını gücləndirmək üçün mühüm qərarlar qəbul etdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, o, bu açıqlamanı Parisdə keçirilən "Könüllülər koalisiyası"nın iclasından sonra Ukrayna Prezidenti Vladimir Zelenski, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın Baş naziri Keyr Starmer ilə birgə brifinqdə verib.
Makron uzunmüddətli perspektivdə Ukraynanı daha qətiyyətlə dəstəkləmək niyyətində olduğunu bildirib və qeyd edib ki, bu görüş son aylarda götürülmüş öhdəliklərin sürətləndirilmiş şəkildə yerinə yetirilməsini nümayiş etdirir.
O, Ukrayna səmasında “Rafale” təyyarələrinin 2028-2029-cu illərdə uçmağa başlayacağını bəyan edib.
Bundan əlavə, Fransa prezidenti Ukraynanın SAMP/T sistemləri üçün “Aster” raketlərinin istehsalı üçün lisenziya alacağını da vurğulayıb.