Digər
Ukraynaya 300 "Patriot" raketi lazımdır - Zelenski
Ukrayna qış üçün müttəfiqlərindən 300 ədəd "Patriot" hava hücumundan müdafiə raketi almaq istəyir.
Axar.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu açıqlamanı Parisdə "İstəklilər koalisiyası”nın iclası zamanı verib.
Dövlət başçısı qışa hazırlıqların indi başlamalı olduğunu vurğulayıb. Ukrayna Rusiyanı danışıqlara razı salmaq üçün bütün səylərini göstərir.
"Bu yay artıq Rusiya üçün ən çətin dövr olub. Uzaqmənzilli əməliyyatlarımız və ortamənzilli zərbələrimiz davam edəcək. Biz onları gücləndirəcəyik", - deyə Zelenski vurğulayıb.
Mənbə
axar.az