Digər

Avropa ölkələri Rusiyadan rekord həcmdə LNG idxal etdi

13 Jul 2026, 19:16 3 baxış
Avropa ölkələri Rusiyadan rekord həcmdə LNG idxal etdi

Bu ilin birinci yarısında Avropa Birliyinə (AB) üzv ölkələrin Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalı rekord səviyyəyə çatıb.


Axar.az xəbər verir ki, bu barədə “Kpler” məlumat yayıb.


Məlumata görə, AB ölkələri cari ilin yanvar-iyun ayları ərzində Rusiyadakı "Yamal LNG" müəssisəsindən ümumilikdə 136 yük olmaqla təxminən 9,9 milyon ton LNG idxal edib. AB-nin bu mənbədən LNG alışı indiyə qədər ən yüksək səviyyəyə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 18 faiz artım deməkdir.


İlin birinci yarısında "Yamal LNG" müəssisəsindən yüklərin 97 faizindən çoxu AB limanlarına göndərilib. Rusiyadan ən çox LNG idxal edən ölkələr təxminən 3,6 milyon tonla Fransa, 2,9 milyon tonla Belçika və 2,7 milyon tonla İspaniya olub.


Hesablamalara görə, bu dövrdə AB-nin "Yamal LNG"dən məhsul alışının dəyəri təxminən 6 milyard avro təşkil edib.


AB-nin uzunmüddətli müqavilələr çərçivəsində Rusiyadan LNG alışı 2027-ci il yanvarın 1-də başa çatacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər