Digər

AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

13 Jul 2026, 19:33 3 baxış
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Avropa Birliyi Rusiyada dörd fiziki şəxs və beş hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.


Axar.az xəbər verir ki, yeni sanksiyalar Rusiyada söz azadlığının, məlumat əldə etmək və birləşmək hüququnun məhdudlaşdırılması məqsədilə istifadə olunan texnoloji nəzarət vasitələrini və onları hazırlayan şirkətləri hədəf alır.


Sanksiya siyahısına Rusiyanın “VK Company” (VKontakte) şirkəti və onun törəmə müəssisəsi olan “Communication Platform” daxil edilib. AB bu şirkətləri Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarəti altında fəaliyyət göstərən və “Max App” mobil tətbiqini hazırlayıb idarə etməkdə ittiham edir. Həmçinin internet və mobil rabitənin izlənməsi üçün istifadə olunan SORM nəzarət sistemi ilə bağlı avadanlıq və proqram təminatı hazırlayan “Citadel”, “VAS Experts” və “Norsi-Trans” şirkətlərinə də sanksiyalar tətbiq olunub. Bundan əlavə, həmin şirkətlərdə rəhbər vəzifələr tutan dörd şəxs də sanksiya siyahısına salınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər