Kriminal
Bakıda iki yaşlı körpə binadan yıxıldı
Bakıda iki yaşlı körpə binadan yıxılıb. Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 10-da axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki yaşayış binasında baş verib. Həmin binada yaşayan 2024-cü il təvəllüdlü uşaq 3-cü mərtəbədəki mənzilin eyvanından yıxılıb. Körpə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Mənbə
oxu.az