Kriminal
Küçədə keçmiş arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin vəziyyəti açıqlandı
Bakının Nəsimi rayonunda küçədə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən və özünü güllələyən Zaur Qəhrəmanovun vəziyyəti ağır olaraq qalır. Kliniki Tibbi Mərkəzdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 9-da baş verən hadisə ilə əlaqədar Kliniki Tibb Mərkəzə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü şəxsin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Mənbə
oxu.az