Kriminal

Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərlənib

13 Jul 2026, 09:40 46 baxış
Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərlənib
Bakıda yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 12-də saat 22:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 2 nəfərə (1 qadın, 1 kişi) yerində yardım olunub. 1 nəfər (qadın) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər