Cəmiyyət

Niyə bəzən sevilən iş də bezdirə bilər? - Mütəxəssis səbəbləri açıqladı

13 Jul 2026, 09:00 3 baxış
Niyə bəzən sevilən iş də bezdirə bilər? - Mütəxəssis səbəbləri açıqladı
İşçilər hətta sevdikləri işə də monotonluq, toksik kollektiv, həddindən artıq iş yükü və karyera inkişafının olmaması səbəbindən maraqlarını itirirlər. Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı HR mütəxəssisi Zuliya Loikova "Regnum"a müsahibəsində danışıb. Ekspertin sözlərinə görə, hətta sevilən iş də eyni tipli tapşırıqlardan ibarət rutinə çevrilərsə, insanı qıcıqlandırmağa başlaya bilər. İşə marağın itməsi kollektivdə gərgin münasibətlərin formalaşması ilə də bağlı ola bilər. "Həmçinin uzun müddət məzuniyyətə çıxmamaq, həddindən artıq yorğunluq və normadan artıq işləmək də təsir edir. Ola bilsin ki, insan həm öz işini, həm də həmkarlarının işini görür, nəticədə onda inciklik və əsəbilik toplanır", - deyə Loikova bildirib. Əvvəllər sevdiyi işə marağını itirən əməkdaşlara ekspert A4 formatlı vərəqi iki sütuna bölməyi tövsiyə edib. Sol tərəfdə obyektiv faktlar ("Mən gündə 12 saat işləyirəm"), sağ tərəfdə isə emosional reaksiyalar ("Mənə elə gəlir ki, məni istismar edirlər") yazılmalıdır. Bu üsul reallığı şəxsi yozumlardan ayırmağa kömək edir. "Bundan sonra hazırda nəyi dəyişməyin mümkün olduğunu düşünmək lazımdır. Məsələn, rəhbərlə danışmaq olar. Ola bilsin ki, sizi başqa layihəyə keçirsin və ya iş yükünü azaltsın. Əsas odur ki, vəziyyətə necə təsir edə biləcəyinizi anlayasınız", - deyə Loikova əlavə edib. Mütəxəssisin sözlərinə görə, xüsusilə insan həddindən artıq yüklənibsə, ödənişsiz əlavə tapşırıqlara "yox" deməyi öyrənmək lazımdır. İş vaxtını şəxsi vaxtdan ayırmaq, işdən kənar vaxtda iş poçtunu yoxlamamaq və işi evə aparmamaq tövsiyə olunur. "İş yerini optimallaşdırın: diqqəti yayındıran əşyaları yığışdırın, rahatlıq yaradan elementlər əlavə edin. İşə gedən marşrutu dəyişmək və ya masanın yerini dəyişmək belə insana yeni stimul verə bilər", - deyə Loikova yekunlaşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər