Cəmiyyət

Məzuniyyətə çıxan işçiyə görə əlavə ödəniş ala bilərsiniz - Qanun nə deyir? - VİDEO

13 Jul 2026, 05:00 3 baxış
Məzuniyyətə çıxan işçiyə görə əlavə ödəniş ala bilərsiniz - Qanun nə deyir? - VİDEO
Azərbaycanda əmək məzuniyyəti üçün işçi müəssisədə əvvəlki iş ili daxil olmaqla 6 ay işləməlidir, lakin tərəflərin razılığı ilə bu müddət gözlənilmədən də istifadə oluna bilər. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu məzuniyyətə çıxan işçini əvəz edən şəxsə əlavə ödənişlə bağlıdır. Kimlər əlavə ödəniş almalıdır?

Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər