Kriminal

Füzulidə minalanmış ərazidə yanğın başladı

13 Jul 2026, 00:26 2 baxış
Füzulidə minalanmış ərazidə yanğın başladı

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.


Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.


Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir


Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.


Əlavə məlumat veriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər